11:13 27-09-2021
news_image
98
FUTBOL

“Qəbələ”yə böyük hesabla uduzdu - yığma

Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komanda “Qəbələ”nin U-16 komandası ilə qarşılaşıb.

Görüş “Qəbələ”nin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millinin heyətində Eltun Babazadə və Əli Nəbizadə fərqlənib.