00:00 28-09-2021
news_image
253
FUTBOL

Gələcəkdə nə olacaq? - Ronaldonun arzusu

Portuqaliya millisinin və “Mançester Yunayted”in ulduz futbolçusu Kriştiano Ronaldonun gələcəklə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu artıq karyerasını bitirəndən sonrakı fəaliyyət barədə planlar qurmağa başlayıb.

O, hələ bir neçə mövsüm futbolçu kimi “Mançester Yunayted”də çıxış etməyi planlaşdırır. Ronaldo butslarını mıxdan asandan sonra da klubun sistemində çalışmaq arzusundadır.

Məşqçilik fəaliyyətinə başlamaq istəyən Kriştiano Mançester təmsilçisinin gənclərdən ibarət komandasına rəhbərlik etmək niyyətindədir. O, bu vəzifədə çalışaraq təcrübə toplamağı düşünür.