12:29 27-09-2021
news_image
80
FUTBOL

25-ci ev məğlubiyyəti – “Səbail”in

“Səbail” Premyer Liqada özünün 25-ci ev məğlubiyyətini alıb. 

Apasport.az saytının məlumatına görə, paytaxt klubu bu uğursuzluqla V turda üzləşib. 

Aftandil Hacıyevin yetirmələri “Zirə”yə 1:2 hesabı ilə uduzub. “Səbail” Premyer Liqa tarixində özünün 55-ci ev oyununu keçirib. 55-ci matç 25-ci məğlubiyyətlə nəticələnib. Klubun ilk ev yenilgisi 2017-ci il sentyabrın 17-nə təsadüf edib. 

Həmin gün “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.