12:46 27-09-2021
news_image
171
FUTBOL

Silahla adam öldürdü - Türkiyə yığmasının sabiq futbolçusu

Türkiyə yığmasının sabiq futbolçusu Sezer Öztürk dava-dalaşda iştirak edib.

Apasport.az saytının məlumatına görə, İstanbulda baş verən hadisə zamanı bir nəfər həlak olub.

Şəhərdə sürücülərin bir-birinə yol verməməsi ilə başlayan mübahisə vəziyyəti daha da gərginləşib, biçaq və silahdan istifadə olunub. Hətta həlak olan şəxsin atəş açılan zaman qaçdığı anlar kameraya çəkilib.

Hadisənin təfərrüatları da açıqlanıb. İlk olaraq avtomobillərin sürücüləri Sezer Öztürklə Halil İbrahim arasında mübahisə yaşanıb. Keçmiş futbolçunun dostunun və ikinci şəxsin qohumlarının müdaxiləsi vəziyyəti gərginləşdirib. Sezer Öztürkün digər sürücünü güllələyərək öldürdüyü, dostunun isə biçaqla 4 nəfəri yaraladığı vurğulanır.

Öztürk və dostu dərhal hadisə yerindən qaçıb. Lakin çox keçmədən polis onu yaxalayıb. Hazırda baş verənlərlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Bayer”in yetirməsi olan və 2015-ci ildə karyerasını bitirən Sezer Öztürk “Fənərbaxça” və “Beşiktaş” kimi klubların formasını geyinib.