14:02 27-09-2021
news_image
283
FUTBOL

Kapitanları “Qarabağ”la oyunu buraxacaq – “Omoniya”nın

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya” matça optimal heyətlə çıxa bilməyəcək.

Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, sentyabrın 30-dakı görüşdə Nikosiya təmsilçisi 4 futbolçusunun xidmətindən məhrum olacaq.

Onlar arasında əsas kapitan ispaniyalı Xordi Qomes və vitse-kapitan Yannis Kousoulosun olması diqqətçəkəndir. Onlar kimi, “Qarabağ”la qarşılaşmanı buraxacaq amerikalı Miks Diskerud və fransalı Erik Boteak də yarımmüdafiəçidir.

Qeyd edək ki, II turun “Omoniya” – “Qarabağ” görüşü GSP stadionunda keçiriləcək. Hər iki komandanın aktivində 1 xal var.