22:29 27-09-2021
news_image
112
FUTBOL

3 klubun hədəfində - “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva klubunu dəyişməkdə israrlıdır.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı orta sahə oyunçusu bu barədə qərarını rəhbərliyə çatdırıb.

Bu səbəbdən “şəhərlilər” mövsümün sonunda onu satmağın əleyhinə deyil. Portuqaliya millisinin üzvü hazırda 3 klubun maraq dairəsindədir. Bunlar “Arsenal”, “Atletiko” və “Barselona”dır. Oyunçu özü yeni komandasını dəqiqləşdirməyə tələsmir.

Qeyd edək ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da Silvanın ayrılmaq istədiyini və ona mane olmayacaqlarını bildirib.