16:38 27-09-2021
news_image
285
FUTBOL

Ən məhsuldar sülalələr – dünyada

Futbol tarixinin ən məhsuldar sülalələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, üç nəslinin nümayəndəsinin hər hansı ölkənin yüksək liqasında qol vurduğu sülalələrin sayı 15-dir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına ingiltərəli heytlilər başçılıq edir. Onların aktivində 278 qol var.

Cədvəldə Türkiyə təmsilçiləri də var. 51 qol vuran altıntaşlar sülaləsi siyahıda 13-cüdür.

Siyahıya sonuncu qoşulanlar isə italiyalı maldinilərdir. Danielin “Milan”da qol hesabını açması ilə onlar da cədvələ daxil edilib.

İFFHS dörd futbolçunun qol sayını dəqiqləşdirə bilməyib. Bu oyunçuların qol vurduğu bəlli olsa da, dəqiq rəqəm müəyyənləşməyib. Belə futbolçular siyahıda “*” işarəsi ilə fərqləndirilib. Kennet Klyuvertlə Erik Şembrinin göstəricisi 0-la ifadə olunsa da, onların qol vurduğu bəllidir. Lakin neçə dəfə fərqləndikləri dəqiqləşməyib.

yer

futbolçu

oğullar

nəvələr

qol

ölkə

1

Toni Heytli – 106

Mark Heytli – 154

Tom Heytli -18

278

İngiltərə

2

Harald Berq – 114

Oryan Berq – 31

Runar Berq – 66

Anid Berq - 33

Patrik Berq - 8

242

Norveç

3

Finn Laudrup – 30

Mikael Laudrup – 115

Brayan Laudrup – 84

Mads Laudrup – 2

Andreas Laudrup – 8

239

Danimarka

4

Patsi Qallaxer  - 203

Uilli Qallaxer -0

Tommi Qallaxer – 5

Brayan Qallaxer - 24

232

Şimali İrlandiya, İrlandiya, Şotlandiya

5

Arnor Qudyonsen – 114

Eycur Qudyohnsen – 91

Arnor Borq Qudyonsen - 3

Sveyn Aron Qudyonsen - 10

218

İslandiya

6

David Çalmers - 20

Stevie Çalmers - 170

Pol Çalmers - 24

214

Şotlandiya

7

Albert Qudmundsson I – 46*

İnqi Byorn Albertsson - 126

Albert Qudmundsson** II - 14

186*

İslandiya

8

Kennet Klyuvert – 0*

Patrik Klyuvert - 149

Yustin Klyuvert -21

170*

Surinam, Niderland

9

Salvinu Şembri – 5*

Erik Şembri - 0*

Andre Şembri - 115

120

*Malta

10

Vladimir Vays I - 7

Vladimir Vays II - 43

Vladimir Vays III - 65

115

Çexoslovakiya, Slovakiya

11

Pal Dardai I - 70

Pal Dardai II - 31

Palko Dardai – 4

Marton Dardai – 0

105

Macarıstan, Almaniya

12

Markuitos – 3

Markos Alonso I - 46

Markos Alonso II - 27

76

İspaniya

13

Mustafa Altıntaş - 3

Yaşar Altıntaş – 20

Yusuf Altıntaş – 25

Batuhan Altıntaş - 3

51

Türkiyə

14

Çezare Maldini - 3

Paolo Maldini - 29

Daniel Maldini  - 1

33

İtaliya

15

Oskar Garre - 14

Ezequel Garre – 2

Emiliano Garre-2

Bencamin Garre - 1

19

Argentina 

* - qol sayı dəqiqləşməyib.
** - nəvə deyil, nəticədir.