17:59 27-09-2021
news_image
141
FUTBOL

Kavanidən əl çəkmir – “Barselona”

“Barselona” “Mançester Yunayted”in hücumçusu Edinson Kavanini heyətinə qatmaqda israrlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Uruqvay millisinin forvardı ilə danışıqları davam etdirir.

Yay fasiləsində 34 yaşlı oyunçunun transferini reallaşdıra bilməyən La Liqa təmsilçisi bu keçidi yanvarda həyata keçirməyə çalışacaq. İspanlar hazırda onunla münasibətləri rəsmiləşdirmək üçün qış “transfer pəncərəsi”nin açılmasını gözləyir.

Kavani özü də “Mançester Yunayted”dən ayrılmaqda maraqlıdır. O, Kiştiano Ronaldonun gəlişindən sonra əsas heyətə düşə bilməyəcəyini başa düşür.