22:57 27-09-2021
news_image
97
FUTBOL

“Mançester Yunayted”dən gedir – oynamadığı üçün

“Mançester Yunayted”in daha bir futbolçusunun klubdan ayrılacağı gözlənilir.

Apasport.az saytının məlumatına görə, Xuan Mata İngiltərə təmsilçisindən vidalaşmağa hazırlaşır.

İspaniyalı yarımmüdafiəçi qış “transfer pəncərəsi”ndə klubunu dəyişmək niyyətindədir. O, komandadakı durumundan narazıdır.

Mata heyətə düşməkdə çətinlik çəkdiyindən oyun praktikası problemi yaşayır. O, cari mövsümdə cəmi 62 dəqiqə meydanda olub. Bu da Liqa Kubokuna təsadüf edib.

Qeyd edək ki, Matanın müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.