09:21 28-09-2021
news_image
101
FUTBOL

“Real”ın futbolçularını aparır – Benites

İngiltərənin “Everton” klubu qış fasiləsində heyətini gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu İspaniya “Real”ının iki futbolçusunu icarəyə götürməyi planlaşdırır.

Bunlar İsko və Luka Yoviçdir. Baş məşqçi Rafael Benites bu oyunçuların komandanı gücləndirəcəyi qənaətindədir.

Qeyd edək ki, İsko ötən mövsüm 29 oyun keçirib. “Ayntraxt”da icarədə olan Yoviç 18 matçda 4 qol vurub.