11:02 28-09-2021
news_image
89
FUTBOL

Argentina millisinin heyəti açıqlandı – Messi və daha 29 futbolçu

Argentina millisinin DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu 30 futbolçuya dəvət göndərib.

Kapitan Lionel Messi və onun komanda yoldaşları oktyabrdakı matçlarda Paraqvay, Uruqvay və Peru ilə üz-üzə gələcək. Bu matçlar müvafiq olaraq gələn ayın 8-də, 11-də və 15-də baş tutacaq.

Qapıçılar: Franko Armani, Xuan Muso, Emiliano Martines, Esteban Andrada
Müdafiəçilər: Qonsalo Montel, Nauel Molina, Xuan Foyt, Lukas Martines, Herman Pesselya, Nikolas Otamendi, Kristian Romero, Lisandro Martines, Nikolas Talyafiko, Markos Akunya
Yarımmüdafiəçilər: Leandro Paredes, Qido Rodriges, Nikolas Dominges, Covanni lo Selso, Ezekyel Palasios, Rodriqo de Paul, Papu Qomes, Nikolas Qonzales, Anxel Di Mariya
Hücumçular: Lukas Alario, Lionel Messi, Paulo Dibala, Lautaro Martines, Xoakin Korrea, Anxel Korrea, Xulian Alvares.