11:21 28-09-2021
news_image
147
FUTBOL

Məşqçi kursuna qatıldı – Cavid Hüseynov

AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.

Apasport.az xəbər verir ki, sentyabrın 30-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilir.

Kursun ikinci mərhələsi 18-21 oktyabr, üçüncü mərhələsi 8-11 noyabr, dördüncü mərhələsi isə 13-24 dekabr tarixlərində keçiriləcək.

Kursda hazırda karyerasını davam etdirən futbolçular da iştirak edir. Onlar arasında Ruslan Əmircanov, Rail Məlikov, klubsuz qalan Cavid Hüseynov da var. Həmçinin millimizin daha bir sabiq üzvləri Vaqif Cavadovla Rəşad Sadiqov da B kateqoriyasını oxuyur.