11:47 28-09-2021
news_image
124
FUTBOL

“Azərbaycan yığması rəqibi təzyiq altında saxlayır” – finlandiyalı məşqçi

“Azərbaycan millisi açıq futbol oynayan komandadır”. 

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Finlandiya yığmasının baş məşqçisi Yuha Malinen deyib.

Təcrübəli mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin oktyabrın 8-də keçiriləcək Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb: “Bu komanda çox aqressiv oynayır və rəqibi təzyiq altında saxlayır. Dəqiq oyun planı üzrə mübarizə aparan rəqiblə görüşəcəyik. Qarşılaşmaya tam hazır olmalıyıq. Bunu etməsək, oyunumuzu çətinləşdirə bilərik”.

Qeyd edək ki, Azərbaycan – Finlandiya oyunu Sumqayıtda keçiriləcək.