12:02 28-09-2021
news_image
78
FUTBOL

Hakimlərin iclasında - de Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Premyer Liqa oyunlarını idarə edən hakimlərin iclasında iştirak edib.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantı bu gün Bakı Olimpiya Stadionunda baş tutub.

İtaliyalı mütəxəssis karyerası ərzində hakimliklə bağlı rast gəldiyi maraqlı xatirələrini bölüşüb. O, eyni zamanda hakimlərin suallarını cavablandırıb.