12:23 28-09-2021
news_image
219
FUTBOL

“Omoniya” ilə matçının hakimləri açıqlandı – “Qarabağ”ın

“Qarabağ”ın Konfrans Liqasının II turunda “Omoniya” ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA Nikosiyadakı qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.

Matçda ədaləti Bobbi Madden qoruyacaq. Ona David Rum və Alan Mulvanni köməklik göstərəcək. Kreyq Napier isə 4-cü hakim funksiyasını icra edəcək.

Qeyd edək ki, sentyabrın 30-da GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.