00:46 29-09-2021
news_image
132
FUTBOL

6 kapitan – “Liverpul”da

“Liverpul”un baş məşqçisi Yurgen Klopp yeni kapitanların adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis daha 3 oyunçunu vitse-kapitan seçib.

Komandanın əsas kapitanı Cordan Henderson, onun əsas köməkçiləri isə Ceyms Milner və Vircil van Deyk olaraq qalır. Əlavə olaraq Trent Aleksander-Arnold, Endryu Robertson və Alisson da vitse-kapitan təyin edilib.

Bununla komandadakı kapitan sayı 6-ya yüksəlib.