22:14 28-09-2021
news_image
165
FUTBOL

Portuqaliya klubuna keçdi – Eto

Kamerunun əfsanəvi futbolçusu Samuel Etonun oğlu Etyenn Eto karyerasını Portuqaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı hücumçu “Gimaraeş” klubu ilə müqavilə imzalayıb.

Bu barədə “Gimaraeş” rəsmi saytı vasitəsilə xəbər yayıb. Kamerunun gənclərdən ibarət yığmasının üzvü ilk olaraq yeni klubunun U-23 komandasında çıxış edəcək. Ettyen daha əvvəl “Malyorka”, “Atletiko Baleares” və “Ovyedo”da məşq edib.

Qeyd edək ki, Samuel Eto peşəkar karyerasını 2019-cu ildə başa vurub.