23:35 28-09-2021
news_image
145
FUTBOL

Mbappeyə yeni təklif – PSJ-dən

Fransanın PSJ klubu futbolçusu Killian Mbappeyə yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, klubdan gedəcəyini qətiləşdirən hücumçuya illik 45 milyon avro maaş təklif olunub.

Lakin Mbappe yeni anlaşma imzalamaqdan imtina edib. O, gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmaq istəmir. Buna səbəb Mbappenin azad agent statusuna yiyələnmək niyyətidir.

Qeyd edək ki, fransalı forvardın gələn yay “Real”a keçəcəyi gözlənilir.