00:09 29-09-2021
news_image
112
FUTBOL

Debüt tarixi bilindi – Aqeuronun

“Barselona”nın yay transfer dönəmində heyətinə cəlb etdiyi Serxio Aquero debüt matçına çıxmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz futbolçu oktyabrda kataloniyalıların formasını geyinəcək.

Çempionlar Liqasında “Benfika” və La Liqada “Atletiko” ilə matçları buraxacaq 33 yaşlı forvard milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra meydana çıxmağa hazır olacaq. Məşqçilər korpusu La Liqanın IX turunda “Valensiya” ilə qarşılaşmada onun xidmətindən yararlanmağı planlaşdırır.

Qeyd edək ki, “Barselona” – “Valensiya” oyunu oktyabrın 17-də keçiriləcək.