12:53 28-09-2021
news_image
166
FUTBOL

AFFA-nı qərar verməyə tələsdirir – Canni de Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AFFA-ya öz narahatlığını ifadə edib.

Apasport.az saytının məlumatına görə, italyan çalışdırıcı müqaviləsinin uzadılıb-uzadılmayacağını indidən bilmək istəyir.

Apenninli sükançının 1,5 illik sözləşməsi bu ilin sonunda başa çatacaq. Onun rəhbərliyi altında Millətlər Liqasında fiaskoya uğrayan yığma DÇ-2022-nin seçmə mərhələsində də uğursuz çıxış edir. A qrupunda yer alan komandamız 6 turdan sonra 1 xalla sonuncu pillədə yer alıb.

65 yaşlı mütəxəssis başqa təkliflərinin olduğunu bildirərək, AFFA-dan onunla bağlı qərarın tez verilməsini tələb edib. Assosiasiyanın prezidenti Rövnəq Abdullayevin de Byaziyə münasibəti əvvəldən mənfidir. O, hələ bu təyinatdan əvvəl İcraiyyə Komitəsinin (İK) toplantısında milliyə əcnəbi baş məşqçinin gətirilməsinin əleyhinə çıxıb. Sportinfo.az