14:15 28-09-2021
news_image
111
FUTBOL

Xilas yolunu tapdı - “Barselona”

İspaniyanın “Barselona” klubunun maliyyə problemlərini həll etmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, Dubayda fəaliyyət göstərən şirkətlərdən biri La Liqa təmsilçisinin 1,5 milyard avroluq borcunu almağa hazırdır.

Adı açıqlanmayan biznesmen klubun borclarını ödəməklə “Barselona”ya ən azı 2 illik möhlət qazandıracaq. İspaniyalılar bu müddət ərzində məbləği şirkətə ödəyəcək.

Bu variant klub üçün xilas yolu hesab edilir. Komandaya bu addım sayəsində normal fəaliyyət üçün imkan yaranacaq. Möhlət müddətinin 2 ildən 12 ilədək uzadılması da mümkündür. “Barselona”nın borcunu alan şirkətin tələbləri minimal olduğundan klub üçün sərfəli sayılır.