13:27 28-09-2021
news_image
108
FUTBOL

Səfər proqramını açıqladı – “Qarabağ”

Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya”nın qonağı olacaq “Qarabağ” bu gün Kiprə yollanacaq.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov sabah Bakı vaxtı ilə 20:10-da mətbuat konfransında iştirak edəcək. Oyunöncəsi son məşq 20:30-da GSP stadionunda baş tutacaq.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyada keçiriləcək “Omoniya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.