14:48 03-10-2021
news_image
204
FUTBOL

Millimizi FİFA reytinqində gözləyən 38 xal

Azərbaycan millisinin oktyabr perspektivi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin bu ay baş tutacaq qarşılaşmalarının FİFA reytinqinə təsiri bəlli olub.

Oktyabrın 9-da evdə İrlandiya, üç gün sonra səfərdə Serbiyaya qarşı keçiriləcək görüşlərdə hətta heç-heçə də komandamızın xeyrinə olacaq. Hazırda 1158 xalla dünyanın 117-cisi olan Canni de Byazinin yetirmələri aktivini artırmaq üçün uduzmamalıdır. Hətta Bakıda uduzub, Serbiyada heç-heçə etmək də millimizə qazanc gətirəcək.

Yığmamız hər iki qarşılaşmada sensasiyaya imza ata bilsə, qazanılacaq 2 qələbə ümumilikdə 38 xal gətirəcək. Bu reytinqimizi 1196-ya yüksəldəcək. Lakin yığmanı gözləyən 38 xalı meydanda qazanmaq lazımdır.

İki məğlubiyyət isə təxminən 12 xal itkisi deməkdir. Xal hesabımız 1146-ya qədər azala bilər. 

Təbii ki, xal dəyişikliyi mövqeyə də təsirsiz ötüşməyəcək. Lakin buna qonşu pillələrdəki komandaların nəticələri də təsir edəcək.

DÇ-2022-nin seçmə mərhələsi
9 oktyabr. Azərbaycan – İrlandiya

Qələbə: 18,3
Heç-heçə: 5,8
Məğlubiyyət: -6,7

12 oktyabr. Serbiya - Azərbaycan
Qələbə: 20,1
Heç-heçə: 7,6
Məğlubiyyət: -4,9