14:27 28-09-2021
news_image
320
DİGƏR NÖVLƏR

Heydər Əliyev Fondu müalicəsini nəzarətə götürdü - Elnur Əşrəfoğlunun

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti Heydər Əliyev Fondu nəzarətə götürüb.

APA-nın məlumatına görə, koma vəziyyətində olan Elnur Əsrəfoğlu hazırda “Yeni Klinika”da EKMO aparatına qoşulub.

Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib.

Fond hazırda Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün dəstək göstərir.