15:00 28-09-2021
news_image
134
FUTBOL

Portuqaliya millisini seçdi – braziliyalı futbolçu

“Sportinq”in yarımmüdafiəçisi Mateus Nunyes milli komanda ilə bağlı seçimini edib.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu öz ölkəsinin yığmasında oynamayacaq.

“Eştoril”in yetirməsi olan 23 yaşlı orta sahə oyunçusu futbolun sirlərini öyrəndiyi Portuqaliyanın millisinə üstünlük verib. O, hər iki yığmanın baş məşqçisi ilə müzakirələrdən sonra bu qərara gəldiyini açıqlayıb: “Belə nəticəyə gəldim ki, Portuqaliya millisində oynamaq daha yaxşıdır. Burada daha xoşbəxt olacağımı düşünürəm”.

Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş növbəti toplanışa Nunyesi dəvət etməyi planlaşdırır.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yığması oktyabrın 9-da Qətərlə yoldaşlıq görüşü, üç gün sonra isə Lüksemburqla rəsmi oyun keçirəcək.