15:22 28-09-2021
news_image
128
FUTBOL

Parisə 2 itki ilə yollanıb – “Mançester Siti”

Çempionlar Liqasının II turunda PSJ-nin qonağı olacaq “Mançester Siti” səfər matçına itkilərlə çıxacaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Pep Qvardiola Parisdə iki oyunçunun xidmətindən məhrum olacaq.

Bunu ispaniyalı mütəxəssis özü açıqlayıb. O bildirib ki, müdafiəçi Aleksandr Zinçenko və yarımmüdafiəçi İlkay Gündoğan PSJ ilə görüşü buraxacaq. Hər iki futbolçunun millilərin oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı düşərgəyə dönməsi gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək PSJ – “Mançester Siti” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.