15:24 28-09-2021
news_image
331
FUTBOL

2021-ci ili başa vurdu – millimizin müdafiəçisi

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov uzun müddətə sıradan çıxıb.

Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Klub rəsmisi Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ” ilə görüşdə zədələnən milli komandamızın üzvünün bu gün MRT müayinəsindən keçdiyini söyləyib: “Elvinin çarpaz bağlarında qismən qopma aşkarlanıb. 2-3 gün ərzində ümumi həkim məsləhətləşməsi aparılacaq. Ondan sonra yekun qərar veriləcək. Amma görünən odur ki, Bədəlov uzun müddət yaşıl meydanlardan kənarda qalacaq”.

Məmmədov 26 yaşlı futbolçunun əməliyyat olunub-olunmayacağına yaxın günlərdə qərar veriləcəyini vurğulayıb: “Əməliyyat olunarsa, futbolçu 6 ay oynaya bilməyəcək. Əgər əməliyyata ehtiyac olmasa və müalicə ilə sağalsa, bu müddət nisbətən qısa çəkə bilər. Bununla bağlı həkimlər hələ qərar verməyiblər”.

2021-ci ilin sonuna 3 ay vaxt qaldığından, Elvin Bədəlovun ən azı bu il yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir.