17:56 28-09-2021
news_image
254
FUTBOL

Gənclərin Avropa xəyalları - LAYİHƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Sabah daha bir Azərbaycan komandası avrokuboklarda mübarizəyə başlayacaq.

Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Gənclər Liqasında yeni mövsümə start verəcək.

UEFA-nın təşkil etdiyi bu turnir gənc və yeniyetmə oyunçuların inkişafına xidmət edir. Uzun illər yalnız yığmaların qitə səviyyəli turnirləri mövcud olub.

2013-cü ildən klublar arasında qitə səviyyəli ilk və yeganə turnir təsis edilib. Gənclər Liqası bir müddət yalnız Çempionlar Liqasının qrupunda oynayan klubların U-19 komandaları üçün mübarizə meydanı olub.

Avropanın ən güclülərinin gənc və yeniyetmələri qitə səhnəsində özlərini göstərmək imkanı qazanıblar. Bu turnir onların həm inkişafı, həm tanınması, həm də transferi üçün mühüm rol oynayıb. Artıq bu turnirdə oynamış xeyli sayda futbolçu ulduza da çevrilə bilib.


Arxada qalan dövrə nəzər salsaq, “Çelsi” və “Barselona” hərəyə 2, “Zalsburq”, “Real” və “Porto” 1 dəfə zəfər çalıb. Lənətlənmiş olduğu iddia edilən əsas komandası kimi, U-19-u da üç finalda uduzan “Benfika” da qeyd edilməlidir. “Çelsi” ümumilikdə 4 final oynayan yeganə klubdur.

Bütün finallar:
2013/14. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) – 3:0
2014/15. “Çelsi” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) – 3:2
2015/16. “Çelsi” (İngiltərə) – PSJ (Fransa) – 2:1
2016/17. “Zalsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) – 2:1
2017/18. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) – 3:0
2018/19. “Porto” (Portuqaliya) – “Çelsi” (İngiltərə) – 3:1
2019/20. “Real” (İspaniya) – “Benfika” (Portuqaliya) – 3:2
2020/21. Koronavirus pandemiyasına görə ləğv edilib.


İlk iki turnirdə əsas komandası Çempionlar Liqasına düşən U-19-lar çıxış edirdi. 2015-ci ildən UEFA Çempionlar Liqası yoluna paralel Çempionlar yolu təsis etməyi lazım bilib. Burada ən reytinqli 32 ölkənin yalnız çempionu mübarizəyə qoşulub.

Bu, bütün ölkələrdə gənclər çempionatında stimulun artmasına səbəb olub. Artıq Avropaya getməyi düşünən aşağı yaş qrupları üzrə komandalar bunun sayəsində inkişaf imkanı qazanıb.

Azərbaycan təmsilçiləri üçün debüt də 2015-ci ildə gerçəkləşib. Qitə səhnəsinə çıxan ilk komanda U-19 Liqasında çempionluq qazanan “Rəvan” olub. Lakin artıq tarixin yaddaşına köçən klubun debütü uğursuz alınıb.

Daha üç dəfə təmsilçimiz Çempionlar yoluna qatılıb. “Qəbələ” 2016, 2018 və 2019-cu illərdə qitə səhnəsinə çıxıb. “Qırmızı-qaralar”ın ötən il Şimali Makedoniya “Şkendiya”sı ilə görüşləri koronavirus səbəbindən ləğv edilib. 


2017-ci ildə U-19 Liqanın çempionu olan “Qarabağ” əsas komandasının Çempionlar Liqasında qrupa düşməsi sayəsində digər yolla mübarizə aparıb. Ağdamlılar Çempionlar Liqası yolunda qrup matçlarına çıxıb.

2015/16 mövsümü
Çempionlar yolu, I mərhələ

30.09.2015. “Spartak” (Moskva, Rusiya) – “Rəvan” – 4:0
21.10.2015. “Rəvan” - “Spartak” (Moskva, Rusiya) – 0:0
2016/17 mövsümü
Çempionlar yolu, I mərhələ

21.09.2016. “Qəbələ” – “Dinamo” (Moskva, Rusiya) – 0:2
19.10.2016. “Dinamo” (Moskva, Rusiya) – “Qəbələ” – 5:0
2017/18 mövsümü
Çempionlar Liqası yolu, C qrupu

12.09.2017. “Çelsi” (İngiltərə) – “Qarabağ” – 5:0
27.09.2017. “Qarabağ” – “Roma” (İtaliya) – 0:3
18.10.2017. “Qarabağ” – “Atletiko” (İspaniya) – 1:5
31.10.2017. “Atletiko” (İspaniya) – “Qarabağ” – 0:1
22.11.2017. “Qarabağ” – “Çelsi” (İngiltərə) – 1:3
06.12.2017. “Roma” (İtaliya) – “Qarabağ” – 3:0
2018/19 mövsümü
Çempionlar yolu, I mərhələ

03.10.2018. “Qəbələ” – “Şerif” (Moldova) – 1:1
24.10.2018. “Şerif” (Moldova) - “Qəbələ” – 1:3
Çempionlar yolu, II mərhələ
07.11.2018. “Qəbələ” – “Herta” (Almaniya) – 1:3
28.11.2018. “Herta” (Almaniya) – “Qəbələ” – 1:0
2019/20 mövsümü
Çempionlar yolu, I mərhələ

02.10.2019. APOEL (Kipr) – “Qəbələ” – 1:1
24.10.2019. “Qəbələ” – APOEL (Kipr) – 0:1


4-cü dəfə Gənclər Liqasında oynayacaq “Qəbələ” bu yay AFFA-nın təşkil etdiyi Gənclər kubokunu başı üzərinə qaldırıb. Çempionlar yolunda yarışacaq Famil Xəlilovun komandası I mərhələdə Niderland təmsilçisi “Alkmaar”la üz-üzə gələcək.

Sabah Qəbələdə görüşəcək rəqiblərin cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti raundda “Çikzereda” (Rumıniya) – “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

2021/22 mövsümü
Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr
17:00. “Qəbələ” – “Alkmaar” (Niderland)

Baş hakim: Viktor Kopiyevski
Baş hakimin köməkçiləri: Vitalii Skoblia, Volodimir Korotin (hamısı Ukrayna)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)
Qəbələ şəhər stadionu


Qəbələnin eyniadlı təmsilçisi turnir üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Gələcəyin ulduzları ola biləcək gənclər sabah ciddi sınaq qarşısına çıxacaq. Bu gün ölkəmizin əksər klublarında təmsil olunan “Qəbələ” akademiyasında yetişən istedadlar bu dəfə də özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq.

Qapıçılar: Məmməd Muradov, Kamil Nəzərli, Həsən Həsənli;
Müdafiəçilər: Xəyal Səmədov, Süleyman Damadayev, Hüseyn Mürsəlov, Samir Ağayev, Rüfət Əhmədov, Nuqay Rəşidov, Murad Musayev, Ülvü Mədətov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Ravil Qafarov;
Yarımmüdafiəçilər: Gülağa Əsədov, Şahin Şahniyarov, Okan Təhməzli, Rauf Rüstəmli, Rauf Məhərrəmov, Taleh Qarayev, Fuad Əhmədov, Emil Süleymanov, Fərid Kələntərov, Aqil Nəsibov;
Hücumçular: Mehrac Baxşalı, Çiçin Namçi Akande, Emil Səfərov, Elmir Hüseynli, Kənan Baxışov, Sənan Ağalarov.
Baş məşqçi: Famil Xəlilov


Futbol məktəbinin gücü ilə bütün dünyada tanınan Niderlandın ölkəmizə gətirəcəyi heyətdə gələcəyin parlaq oyunçularının olduğu şübhə doğurmur. Hər halda, “Ayaks”, PSV, “Feyenoord” kimi nəhənglərlə mübarizədə çempion olan “Alkmaar”a bu uğuru qazandıran yetirmələri gələcək vəd etməyə bilməz.

Qapıçılar: Sem Vesterveld, Daniel Din, Rome-Jayden Ovusu-Oduro, Aouna Kabba;
Müdafiəçilər: Sem Dekkers, Tiys Velthuys, Maksim Dekker, Yurre Van Aken, Finn Stam, Loek Postma, Yorn Berkhout, Daniel Beukers, Misça Engel, Yoeri Oud;
Yarımmüdafiəçilər: Vouter Qoes, Ziko Burmester, Nik Tvisk, Fedd De Yonq, Deyv Kvakman, Damienus Reverson, Tom Kerssens, Enox Mastoras, Yob Kalisvaart, Lyuis Şouten, Teun Qiyselhart, Yesse Burmester, Kees Smit, İlias Splinter;
Hücumçular: Ernest Poku, Yusuf Barası, Miron Van Brederod, Nik Koster, Ro-Zangelo Daal, Cayden Addai, Cayen Gerold.
Baş məşqçi: Yan Sirksma

Tahir Hümmətov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur