16:38 28-09-2021
news_image
129
FUTBOL

Yenidən milliyə çağırıldı – 40 yaşında

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç İsveç millisinə çağırılıb.

Apasport.az saytının məlumatına görə, bir müddət zədədən əziyyət çəkən 40 yaşlı hücumçu DÇ-2022-nin oktyabrdakı seçmə oyunlarına dəvət alıb.

Zlatan oktyabrın 9-da Kosovo, 12-də Yunanıstana qarşı görüşlərdə forma geyinə bilər. O, yeddi aydan sonra millidə meydana çıxmaq imkanına malikdir.

İbrahimoviç bu ilin martında yığmaya qayıdıb. Lakin sonradan zədə səbəbindən AVRO-2020 və ötən ay keçirilən seçmə oyunlarını buraxıb.