17:23 28-09-2021
news_image
247
FUTBOL

Osimhenə qiymət qoydu – “Napoli”

İtaliyanın “Napoli” klubunun futbolçusu Viktor Osimhenin transfer qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi forvardı yalnız 120 milyon avroya satmağa razıdır.

Viktorun qiyməti Neapol klubuna keçəndən sonra kəskin şəkildə artıb. 2020-ci ilin iyulunda “Lill”dən 70 milyona transfer olunan 22 yaşlı hücumçu yeni klubunda daha parlaq çıxış edib.

O, 29 oyunda 14 qol vurub. Cari mövsümün startındakı 5 matçda 4 dəfə fərqlənməsi isə Osimhenin qitə nəhənglərinin maraq dairəsinə düşməsi ilə nəticələnib.