23:26 28-09-2021
news_image

Dünya çempionatına hazırlaşır - boksçularımız

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. 

Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır. 

Toplanışa 20-yədək boksçu dəvət edilib. Komandaya tezliklə millimizin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək. 

Qeyd edək ki, dünya çempionatı oktyabrın 24-dən noyabrın 6-dək davam edəcək.