09:14 29-09-2021
news_image
104
FUTBOL

Ardıcıl 4-cü məğlubiyyət – Çempionlar Liqasında

Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə qarşılaşan “Milan” hesabı açmasına baxmayaraq, son dəqiqələrdə iki top buraxaraq, meydanı məğlub tərk edib – 1:2.

Apasport.az saytının məlumatına görə, bununla “rossonyerlər”in qitənin ən nüfuzlu klub turnirindəki ardıcıl məğlubiyyət sayı 4-ə çatıb.

Qrupdakı ilk turda da “Liverpul”a 2:3 hesabı ilə yenilən A seriyası təmsilçisi sonuncu dəfə 2014-cü ildə meydana çıxdığı 1/8 final matçlarında da “Atletiko”ya 0:1 və 1:4 hesabları ilə yenilmişdi.

“Milan”, ümumiyyətlə, Çempionlar Liqasındakı son 9 oyununda cəmi 1 dəfə qələbə qazanıb (3 heç-heçə, 5 məğlubiyyət).