18:51 29-09-2021
news_image
348
FUTBOL

“Qəbələ” “Alkmaar”a böyük hesabla uduzdu - YENİLƏNİB

“Qəbələ”nin U-19 komandası bu gün avrokuboklarda mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın Gənclər kubokunun qalibi olan Famil Xəlilovun yetirmələri Gənclər Liqasında yeni mövsümün ilk sınağına çıxıb.

Çempionlar Liqasında mübarizə aparan “qırmızı-qaralar” I mərhələdə Niderland “Alkmaar”ı ilə görüşüb. Komandalar arasında ilk matç Qəbələ şəhər stadionunda keçirilib. Oyun daha təcrübəli Niderland çempionunun üstünlüyü şəraitində keçib. 15-ci dəqiqədə hesabı açan “Alkmaar” ikinci hissədə daha 3 dəfə fərqlənərək, böyükhesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 20-də baş tutacaq.

Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr
17:00. “Qəbələ” (Azərbaycan) – “Alkmaar” (Niderland) - 0:4
Qollar: 
Nik Koster, 15, 59, Lyuis Şouten, 54, Ro-Zangelo Daal, 78
Baş hakim: Viktor Kopiyevski (Ukrayna)

“Qəbələ”: 1. Həsən Həsənli, 2. Süleyman Damadayev, 3. İbrahim Ramazanov, 5. Xəyal Səmədov, 15. Hüseyn Mürsəlov (k), 7. Emil Səfərov, 8. Rauf Rüstəmli, 9. Aqil Nəsibov, 10. Gülağa Əsədov, 16. Emil Süleymanov, 18. Mehrac Baxşalı
Ehtiyat oyunçular: 12. Kamil Nəzərli, 4. Nuqay Rəşidov, 6. Ülvü Mədətov, 11. Taleh Qarayev, 13. Sənan Ağalarov, 14. Çiçin Namçi Akande, 17. Fərid Kələntərov
Baş məşqçi: Famil Xəlilov

“Alkmaar”: 1. Sem Vesterveld, 3. Vouter Qoes, 5. Maksim Dekker, 12. Misça Engel, 32. Yurre Van Aken, 8. Nik Tvisk, 25. Lyuis Şouten, 10. Fedd De Yonq, 11. Miron Van Brederod, 17. Nik Koster, 18. Ro-Zangelo Daal
Ehtiyat oyunçular: 22. Rome-Jayden Ovusu-Oduro, 2. Sem Dekkers, 14. Deyv Kvakman, 19. Tom Kerssens, 20. Enox Mastoras, 21. Finn Stam, 23. Loek Postma
Baş məşqçi: Yan Sirksma
Qəbələ şəhər stadionu