10:01 29-09-2021
news_image
98
FUTBOL

6 illik tilsimi qırdı – Luis Suares

Çempionlar Liqasının II turunda “Milan”la oyun “Atletiko”nun hücumçusu Luis Suares üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, uruqvaylı forvard 6 illik tilsimi, nəhayət ki, qırıb.

O, qarşılaşmaya əlavə olunmuş 7-ci dəqiqədə penaltidən vurduğu qələbə qolu sayəsində bunu bacarıb. Bununla Suares 2015-ci ildən bəri avrokuboklarda ilk səfər qolunu vurub. 34 yaşlı oyunçu axırıncı dəfə 2015/16 mövsümündə Çempionlar Liqası çərçivəsində “Roma” səfərində fərqlənmişdi.

Qeyd edək ki, “Atletiko” iki turdan sonra 4 xalla qrupda ikinci pillədə qərarlaşıb.