10:20 29-09-2021
news_image
219
FUTBOL

"Omoniya"nın futbolçusunun “Qarabağ”la matçda iştirakı sual altındadır

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya”nın heyətlə bağlı problemləri var.

Apasport.az saytının məlumatına görə, Kipr klubunda bəzi futbolçuların yoxluğu baş məşqçi Henninq Berqi narahat edir.

Amerikalı yarımmüdafiəçi Miks Diskerudun hələ bir neçə matçı buraxacağı öncədən bəlli idi. Vitse-kapitan Yannis Kousoulos iki aydır ki, kollektivdən uzaqdır və nə zaman meydana çıxacağı bəlli deyil. 

“Qarabağ”la qarşılaşma öncəsi yalnız yarımmüdafiəçi Erik Boteakın durumu qeyri-müəyyəndir. Bir həftədir kollektivlə birlikdə məşqlərdə iştirak edən fransalı oyunçu ilə bağlı sabah son qərarı baş məşqçi verəcək.

Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.