10:48 29-09-2021
news_image
271
FUTBOL

"Qarabağ"ın ilk səfər oyunu

Sabah Konfrans Liqasında II turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq.

Qitənin üçüncü dərəcəli klub turnirində qrupa qədər irəliləyən Ağdam təmsilçisi əsas raundda ilk sınağına çıxacaq. İki həftə əvvəl Bakıda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri ilk qələbə üçün meydana çıxacaq.

Ardıcıl 8-ci dəfə avrokuboklaırn qrupunda mübarizə aparan “Qarabağ” Çempionlar Liqası və Avropa Liqasında bacarmadığını daha aşağı səviyyəli turnirdə gerçəkləşdirməyi qarşısına hədəf qoyub. Qrupdan çıxmaq üçün mübarizə aparan ağdamlılar Konfrans Liqasındakı məğlubiyyətsizlik seriyasını davam etdirməyə köklənib.

Cari mövsüm Premyer Liqa və Konfrans Liqasında ümumilikdə 12 oyundur yenilməyən “Qarabağ” Nikosiyaya uğurlu nəticə üçün yollanıb. GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, qrupun digər oyununda “Bazel” “Kayrat”ı qəbul edəcək.

Konfrans Liqası
Qrup mərhələsi, II tur
H qrupu, 30 sentyabr
23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu

1

Qarabağ

1

0

1

0

0-0

1

2

Omoniya

1

0

1

0

0-0

1

3

Bazel

1

0

1

0

0-0

1

4

Kayrat

1

0

1

0

0-0

1