11:13 29-09-2021
news_image
184
FUTBOL

Qvardioladan PSJ-nin futbolçusuna tərif: “Onun oyununa aşiq oldum”

Çempionlar Liqasının II turunda “Mançester Siti” üzərində 2:0 hesablı qələbə qazanan PSJ xal ehtiyatını 4-ə çatdıraraq, qrup liderliyinə yüksəlib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi mübarizəni dəyərləndirib.

Maurisio Poçettino (PSJ-nin baş məşqçisi): “Komanda yaxşı oynadı. Bir çox çətin anlar yaşadıq və müdafiə olunmaq məcburiyyətində qaldıq. Çünki “Mançester Siti” çox yaxşı pressinq edirdi. Ancaq biz də parlaq futbol göstərdik, lazım olanda hücuma keçdik. Yaxşı komanda zamanla, addım-addım qurulur. Belə matçlar buna kömək edir”.
Pep Qvardiola (“Mançester Siti”nin baş məşqçisi): “Bu gün Marko Verrattinin oyununa aşiq oldum. O, xüsusi oyunçudur. Hətta təzyiq altında da orta sahənin rahat olmasına imkan verən ötürmələr verməyi bacarır. Uzun ötürmələri sevmir, ancaq oyun qurmaq üçün həmişə ona arxalana bilərsiniz. Verratti əsasən də, birinci hissədə qeyri-adi idi”.

Qeyd edək ki, növbəti turda oktyabrın 19-da PSJ “Leypsiq”i qəbul edəcək, “Mançester Siti” isə “Brügge”nin qonağı olacaq.