16:14 29-09-2021
news_image
119
FUTBOL

Rişarlison “Everton”dan ayrılacağını təsdiqlədi

“Everton”un hücumçusu Rişarlison qış fasiləsində komandasını dəyişməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin üzvü özü açıqlayıb.

PSJ-nin maraq dairəsində olan 24 yaşlı “sambaçı” yanvarda ayrılığın baş verəcəyini istisna etməyib: “Everton”da özümü yaxşı hiss edirəm. Amma bəzən karyeramda nəyisə dəyişmək lazımdır. İndi yüksək səslə açıqlamalar vermək istəmirəm, ancaq qışda komandanı tərk etmə ehtimalım var. Transfer təkcə mənə deyil, komandaya da fayda verməlidir”.

Qeyd edək ki, Rişarlison cari mövsüm 4 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.