00:33 30-09-2021
news_image
166
FUTBOL

“Barselona” “Bavariya”ya rəqib oldu

“Ayaks”ın yarımmüdafiəçisi Antoni çox güman ki, tezliklə komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, gənc oyunçuya olan təkliflər belə düşünməyə əsas verir.

Amsterdam klubunun heyətində uğurlu çıxışla yadda qalan 21 yaşlı futbolçu uğrunda mübarizəyə daha bir Avropa nəhəngi – “Barselona” da qoşulub. Hazırda transfer qiyməti 40 milyon avroya bərabər göstərilən Antoninin keçidində əsas favorit isə “Bavariya” sayılır.

Qeyd edək ki, futbolçunun “Ayaks”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.