00:53 01-10-2021
news_image
665
FUTBOL

“Qarabağ” "Omoniya"nı Kiprdə darmadağın etdi

Bu gün Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ” növbəti avrokubok matçına çıxıb.

Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi qitənin üçüncü dərəcəli klub turnirində Kipr “Omoniya”sı ilə görüşüb. Birinci turda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri ilk səfərdən qələbə ilə dönməyi bacarıb.

Kiprlilər birinci hissədə hesabı açsa da, fasilədən sonra buna 4 qolla cavab verən “Qarabağ” möhtəşəm geridönüş edərək, aktivindəki xalların sayını 4-ə yüksəldib.

Qeyd edək ki, qrupun digər oyununda “Bazel” “Kayrat” üzərində 4:2 hesablı qələbə qazanıb.

Konfrans Liqası
Qrup mərhələsi, II tur
H qrupu, 30 sentyabr
23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:4

Qollar: Yan Leçyaks, 40 - Kadi Borqes, 52, 90+4, Ramil Şeydayev, 73, Maksim Medvedev, 79 (pen.)
Baş hakim: Bobbi Madden (Şotlandiya)
“Omoniya”: 40. Fabiano, 15. Tomaş Huboçan, 22. Adam Lanq, 2. Paris Psaltis, 17. Yan Leçyaks, 19. Fouad Baçirou, 16. Xordi Qomes (k), 21. Marinos Tzioni, 20. Panagiotis Zaxariu, 13. Fotis Papulis, 80. Andronikos Kakulli
Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kaçper Çorazka, 4. Abdullahi Şehu, 5. Kiko, 6. Ektor Yuste, 8. İyayi Atiemven, 11. Erik Butyak, 18. Mixal Duris, 30. Nikolaos Panagiotu, 44. Marko Skepoviç, 75. Loyzos Loyzu, 76. Çaralampos Çaralampus
Baş məşqçi: Henninq Berq
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Nikosiya. GSP stadionu

1

Qarabağ

2

1

1

0

4-1

4

2

Bazel

2

1

1

0

4-2

4

3

Kayrat

2

0

1

1

2-4

1

4

Omoniya

2

0

1

1

1-4

1