13:25 29-09-2021
news_image
132
FUTBOL

“Çelsi”nin 4 futbolçusu “Yuventus”la oyunu buraxacaq

Çempionlar Liqasının II turunda “Yuventus”la qarşılaşacaq “Çelsi” səfər matçına ciddi itkilərlə çıxacaq.

Apasport.az saytının məlumatına görə, “zadəganlar” 4 oyunçusunu Turinə aparmayıb.

Bunlar Kristian Pulişiç, Ceyms Riis, Meyson Maunt və Nqolo Kantedir. Baş məşqçi Tomas Tuxel bugünkü qarşılaşmada adıçəkilən oyunçuların xidmətindən məhrum olacağını açıqlayıb. Bu futbolçulardan 3-ü zədədən əziyyət çəkirsə, Kante koronavirusa yoluxub.

Qeyd edək ki, “Yuventus” – “Çelsi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.