13:46 29-09-2021
news_image
115
FUTBOL

30 nömrə üçün 30-cu matç

Konfrans Liqasının qrup mərhələsinin “Omoniya” ilə sabahkı qarşılaşması “Qarabağ”da bir yubileylə əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, bunun müəllifi Abbas Hüseynov olacaq.

Müdafiəçi meydana çıxsa, avrokuboklarda yubiley oyununu keçirəcək. “Qarabağ”ın 30 nömrəli futbolçusu 30-cu matçın astanasındadır.

O, indiyədək qitə kuboklarında 29 oyunda şans qazanıb. 26 yaşlı arxa xətt oyunçusu bu görüşlərdə 1 qol vurub.