23:27 29-09-2021
news_image
140
FUTBOL

“Real” klubsuz qalan futbolçu ilə maraqlanır

“Tottenhem”in sabiq futbolçusu Serj Oryenin klubsuz günləri başa çatmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Yay fasiləsində “Tottenhem”lə yeni müqavilə imzalamayan, həmçinin “Uotford”, “Betis”, Moskva “Spartak”ı və “Cenoa”nın təklifini rədd edən Fil Dişi Sahili millisinin üzvü daha böyük klubda oynaya biləcəyini düşünür. 29 yaşlı oyunçunun istəyi reallaşmaq üzrədir. Çünki “Real” onu heyətinə qatmaqda maraqlıdır.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti hazırda azad agent statusu daşıyan Oryenin komandaya rəqabət gətirəcəyini düşünür.