20:14 29-09-2021
news_image
253
FUTBOL

Qurban Qurbanov: "Omoniya" sürpriz sistemdə oynaya bilər"

“Yenidən burada olmağımız bizim üçün yaxşıdır". 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya” ilə keçiriləcək oyun barədə danışarkən deyib.

Sabah Nikosiyanın GSP stadionunda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini səsləndirən təcrübəli mütəxəssis komandasının hazırkı durumunu dəyərləndirib: “Qarşılaşdığımız hər komandanın öz fəlsəfəsi var. "Omoniya" çox yaxşı komandadır. Diqqətli olmalı, çox yaxşı oyun göstərməliyik. Kipr klublarını müqayisə etmək istəməzdim. Hər komanda fərqlidir, səviyyə çox yaxşıdır. "Omoniya", bəlkə də, sabah bizə qarşı sürpriz sistemdə oynayacaq. Bizi təəccübləndirmək üçün fərqli çıxış edə bilərlər. Qələbə qazanmaq istəyirik, buna görə də aqressiv oynamağa çalışacağıq".