19:06 29-09-2021
news_image
114
FUTBOL

Henninq Berq: “Qarabağ"la oyunu səbirsizliklə gözləyirik"

“Qarabağ"la sabahkı matçı səbirsizliklə gözləyirik".

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi deyib.

Kipr təmsilçisi sabah Nikosiyadakı GSP stadionunda Azərbaycan klubunu qəbul edəcək.

Mətbuat konfransında iştirak edən 52 yaşlı mütəxəssis vacib oyuna çıxacaqlarını söyləyib: “Sabah rəqibi evdə qəbul edəcəyik. Ümumiyyətlə, belə turnirlərdə iştirak etmək üçün inkişafımız üçün çox yaxşıdır. Hər matçın 3 xal olduğunu deyirlər. Amma qrup səddini keçmək istəyirsənsə, evdəki matçlarda mütləq qalib gəlməlisiniz. Harada oynayırıq-oynayaq, qələbə qazanmağa çalışırıq. Turnirə heç-heçə ilə başladıq. Sabah da bizi yaxşı rəqibə qarşı çətin görüş gözləyir. "Qarabağ" AEL-i turnirdən kənarlaşdırıb, "Bazel"lə heç-heçə edib. Yəni çox yaxşı komandadır. Amma qalib gəlsək, gələcəyə daha yaxşı baxacağıq".

Berq "Bazel"i qrupun favoriti adlandırıb: "Ötənilki qrup çox çətin idi. Çünki komandalar yüksək səviyyədə oynayırdılar. Hazırkı qrupdakı rəqiblər isə səviyyəmizə daha yaxındır. Fikrimizcə, "Bazel" qrupun favoritidir. "Bazel"lə "Qarabağ"ın Avropa təcrübəsi daha böyükdür. Ancaq biz rəqiblərlə rəqabət aparmaq və əlimizdən gələni etmək üçün buradayıq".