19:32 29-09-2021
news_image
139
FUTBOL

"Omoniya"nın kapitanı: "Qarabağ"la matçın kritik olduğunu düşünmürəm"

“Sabah vacib oyuna çıxacağıq".

Apasport.az saytının məlumatına görə, bu sözlər “Omoniya”nın kapitanı Xordi Qomesə məxsusdur.

Kipr təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin II turu çərçivəsində sabah Nikosiyada “Qarabağ”ı qəbul edəcək.

36 yaşlı ispaniyalı yarımmüdafiəçi qatıldığı mətbuat konfransında hədəflərinin qələbə olduğunu vurğulayıb: “Bu matçın kritik olduğunu düşünmürəm. Amma yenə də uğurlu nəticə əldə etmək istəyirik. Azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanmaq istəyirik. Tələblər əvvəlki iki mövsümdən daha yüksəkdir. Nə qədər uğurlu olarsa, tələblər də bir o qədər yüksələr. Komandamıza güvənirəm".

Qeyd edək ki, “Omoniya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.