15:32 29-09-2021
news_image
128
FUTBOL

Aller Çempionlar Liqası tarixinə düşdü

“Ayaks”ın hücumçusu Sebastyen Aller yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı forvard Çempionlar Liqasının qrup mərhələsinin ilk iki turunda fərqlənməklə buna nail olub.

Birinci turda “Sportinq”lə (5:1) matçda pokerə imza atan Aller dünən “Beşiktaş” üzərində 2:0 hesablı qələbəyə də 1 qolla töhfə verib. Bununla o, Çempionlar Liqasının ilk iki oyununda 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, Sebastyen Aller “Ayaks”a bu ilin əvvəlində “Vest Hem”dən keçib.