15:01 29-09-2021
news_image
97
FUTBOL

“Arsenal”ın futbolçusu 2021-ci ili bitirdi

“Arsenal” yarımmüdafiəçisi Qranit Xakanın xidmətindən uzun müddət yararlana bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb 29 yaşlı orta sahə oyunçusunun zədələnməsidir.

Premyer Liqanın geridə qalan turunda “Tottenhem”lə (3:1) qarşılaşmada zədələnən İsveçrə millisinin üzvü tibbi müayinədən keçib. Həkimlər diz bağlarında ciddi zədələnmə aşkarlayıb. Klub rəsmi saytı vasitəsilə əməliyyata ehtiyac olmadığını, lakin Xakanın 3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Bu isə o deməkdir ki, Qranit 2021-ci ildə komandasına kömək edə bilməyəcək.