09:25 30-09-2021
news_image
69
FUTBOL

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, II turun ən yaxşısı adına 4 futbolçu iddia edir.

Bunlar Leroy Sane (“Bavariya”), Yorqas Atanasiadis (“Şerif”), Milan Şkrinyar (“İnter”) və Darvin Nunyesdir (“Benfika”).

Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Qalibin adı sabah açıqlanacaq.