10:10 30-09-2021
news_image
179
FUTBOL

İrlandiya yığması Bakıya itkilərlə gələcək

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq İrlandiya yığması Bakıya optimal heyətlə gələ bilməyəcək.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Stefen Kenni bir neçə oyunçunun xidmətindən məhrum olacaq.

Yarımmüdafiəçilər Ceyson Molumbi və Alan Braun cəza ucbatından heyətə çağırılmayacaqsa, müdafiəçi Dara Oşi zədədən əziyyət çəkir. Bundan başqa müdafiəçi Mett Doherti, yarımmüdafiəçi Ceff Hendrik və hücumçu Adam İdahın da durumu qeyri-müəyyəndir.

Eyni zamanda “Everton”da çıxış edən kapitan Şeymus Koulmanın da qarşıdakı matçda iştirakı gözlənilmir. Çünki Premyer Liqa klubunun baş məşqçisi Rafael Benites müdafiəçinin zədə ucbatından yığmasının matçına yetişməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan – İrlandiya oyunu oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək.